Bilal Haye: Pakistan Azərbaycanın yanında olmaqdan hər zaman şərəf duyur

Tokio, 27 aprel , /AJMEDIA/

“Biz bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəvəti ilə səfirliyimizin əməkdaşları ilə birgə diplomatik əlaqələrimizin qurulmasının 30 illiyini qeyd edirik. Bu münasibətlə 1000-dən çox ağac əkmək üçün buraya toplaşmışıq. Bu təşəbbüs Pakistanın qardaşı olan Azərbaycana sevgisini simvolizə edən bir mesajdır”.
AJMEDIA bildirir ki, bunu Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye deyib.
“Biz Azərbaycanla həm siyasi, həm iqtisadi, həm də müdafiə sahəsində əməkdaşlıq edirik. Bu gün çox tarixi və xüsusi bir gündür, çünki ağacəkmə Pakistan və Azərbaycan kimi iqlim dəyişikliyi ilə bağlı tez-tez təbiət hadisələri ilə rastlaşan ölkələr üçün zəruri təşəbbüsdür. Bu qlobal səviyyədə bir-birimizin yanında olmamızın simvoludur və bu ağacların əkilməsi ilə ümid edirik ki, onlar böyüyəcək və ekologiyaya müsbət təsir göstərəcək. Hesab edirəm ki, daha çox yaşıllıq planetimizin uzunömürlülüyünə dəstək, gələcək nəsillərə daha əlverişli bir məkanın yaradılması deməkdir. Eyni zamanda bildirmək istəyirəm ki, Pakistan Azərbaycanın yanında olmaqdan hər zaman şərəf duyur”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts