Beynəlxalq Muğam Mərkəzində “Elə bağlı, ürəklərə bağlıyam” adlı konsert keçiriləcək

Tokio, 8 aprel , /AJMEDIA/

Aprelin 12-də Beynəlxalq Muğam Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin müəllim və tələbələrinin iştirakı ilə “Elə bağlı, ürəklərə bağlıyam” adlı konsert keçiriləcək.
AJMEDIA xəbər verir ki, konsert proqramında ADMİU-nun nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri Ansamblının müşayiətində Azərbaycan, həmçinin xarici bəstəkarların seçilmiş əsərləri və instrumental musiqi nömrələri səslənəcək.
Biletləri şəhərin bütün kassalarından İticket.az platforması üzərindən əldə etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts