Beynəlxalq konfransda Azərbaycan alimlərinin məruzələri dinlənilib

Tokio, 28 oktyabr, /AJMEDIA/

Azərbaycan alimləri Türkiyənin Şanlı Urfa şəhərində XVI Beynəlxalq Dünya Dili Türkcə Konfransında iştirak ediblər.

Harran Universitetinin ev sahibliyi etdiyi beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini dosent Baba Məhərrəmlinin “Türkologiyada etimoloji lüğət problemləri”, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi dosent Qətibə Mahmudovanın isə “Söz yaradıcılığı və psixolinqvistika” mövzularında məruzələri dinlənilib.

Bu barədə AJMEDIA-ya Dilçilik İnstitutundan bildirilib. Qeyd olunub ki, konfransda Bakı Dövlət Universitetinin professoru Qızılgül Abdullayeva da elmi məruzə ilə çıxış edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts