Beynəlxalq əməkdaşlıq çərçivəsində Milli Qurtuluş Gününə həsr olunmuş interaktiv plakat və videoçarx hazırlandı

Tokio, 13 iyun , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Beynəlxalq əməkdaşlıq çərçivəsində
Milli Qurtuluş Gününə həsr olunmuş interaktiv plakat və videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiya Federasiyasının Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə birgə beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Xalqının Milli Qurtuluş Gününün 30 illik yubileyinə həsr olunmuş “Milli Qurtuluş Günü – 30. День Национального Спасения – 30” adlı interaktiv plakat hazırladı. İnteraktiv plakatda yerləşdirilmiş materiallar Azərbaycan və rus dillərində verilmişdir.
İnteraktiv plakat 3 bölmədən ibarətdir: “Судьбоносный документ. Taleyüklü sənəd”, “Спасение народа. Xalqın xilası” və “Великий спаситель. Dahi xilaskar”.
Birinci bölmədə Azərbaycan Xalqının Milli Qurtuluş Günü haqqında ümumi məlumat, “15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı, Ümummili Lider Heydər Əliyevin xilaskarlıq missiyası haqqında məqalə yerləşdirilib.
İkinci bölmədə Azərbaycan Xalqının Milli Qurtuluş Günü haqqında qısa məlumat, bu tarixi günün əhəmiyyəti haqqında dörd məqalə, müstəqilliyin ilk illərində ölkədəki böhran haqqında məlumatlar toplanmışdır.
Üçüncü bölmədə Ulu Öndər Heydər Əliyevin ölkədə vətəndaş müharibəsinin qarşısının alınması, onun hakimiyyətə gəlməsinin Azərbaycanın dinamik inkişafına təsiri, Milli Qurtuluş Gününün tarixi haqqında məlumatlar yer alır.
Milli Qurtuluş Gününün 30 illik yubileyinə hazırlanmış videoçarxda Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü haqqında məlumatlar toplanmışdır.
Videoçarxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Milli Qurtuluş Günü ilə bağlı paylaşımları, “15 iyun gününün Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin Qərarından sitatlar verilir, Ümummilli Lider Heydər Əliyevin tarixi kəlamları və fotoşəkilləri də nümayiş olunur.
Videoçarx Azərbaycan Respublikasının xalq artisti Faiq Ağayevin “Dahi” mahnısının müşayiəti ilə aşağıdakı keçiddə izləyicilərə təqdim olunur.


İnteraktiv plakatla isə izləyicilər aşağıdakı keçiddə tanış ola bilərlər:
https://padlet.com/filivara/m-ll-qurtulu-g-n-30-30-yfv3ehkimo9j8x27

Follow us on social

Facebook Twitter Youtube

Related Posts