Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı vəsatətini rədd edib

Tokio, 7 iyul , /AJMEDIA/

Beynəlxalq Ədalət Məhkəməsi İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə 2023-cü il 22 fevral tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 2023-cü il 12 may tarixli tələbini yekdilliklə rədd edib.
Bu barədə AJMEDIA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Biz Məhkəmənin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən qərarını alqışlayırıq. Beləliklə, Ermənistan tərəfinin son qərarı yanlış şərh etməsi çıxılmaz vəziyyətdən fikri yayındırmaq cəhdindən başqa bir şey deyil.
Azərbaycanın Laçın yolunun girişində sərhəd nəzarət buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərin mühafizəsi üzrə suveren hüququdur. Qeyd edilən çərçivədə, bu qərar Azərbaycanın təhlükəsizliyini və sülh perspektivlərini təhdid edən respublikanın suveren ərazisinə qeyri-qanuni olaraq silah, hərbi texnika və hərbçilərin axınının dayandırılması zərurətindən irəli gəlir.
Bununla yanaşı, sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılandan etibarən erməni əsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəlikləri çərçivəsində giriş-çıxışda sərhəd nəzarətinin ayrı-seçkilik olmadan həyata keçirildiyi sərhəd-buraxılış məntəqəsindən keçməkdədirlər.
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Qərarını və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməkdədir. Azərbaycan Ermənistanın beynəlxalq hüququn davamlı şəkildə və tarixi ağır pozuntularına görə məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək”, – deyə XİN-in məlumatında vurğulanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts