Tokio, 19 noyabr, /AJMEDIA/
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gəlib.
AJMEDIA FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı funksioner səfər çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayevlə görüşüb.
Görüş zamanı idmanın insanları iqlim böhranı ilə mübarizədə birləşdirəcək gücə malik olduğu qeyd olunub.