Tokio, 11 sentyabr, /AJMEDIA/
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərindən gələn LAGOM simli kvartetinin konserti olub.
Bəstəkarlar İttifaqından AJMEDIA-ya bildirilib ki, kvartetin tərkibində ansamblın rəhbəri azərbaycanlı violin ifaçısı Hüseynəli Hüseynəliyev, ikinci violin ifaçısı qırğızıstanlı Aliyə Okeyeva, türk musiqiçiləri – viola ifaçısı Semih Tercan və violonçel ifaçısı Yaşar Koroğlu iştirak ediblər.
Konsertdə Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Muğamsayağı” və “Rəqs”, eyni zamanda, türkiyəli bəstəkarlar, hazırda Amerikada yaşayan Kemran İncenin “Curve” (“Qövslər”) və Fazil Sayın əsərləri ifa olunub.