Beynəlxalq Muğam Mərkəzində “Açıq qapı” günü təşkil olunacaq

Tokio, 15 sentyabr , /AJMEDIA/

Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü kimi təntənə ilə qeyd olunur. Milli Musiqi Günü münasibətilə sentyabrın 18-i saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təşkil ediləcək.

Beynəlxalq Muğam Mərkəzindən AJMEDIA-ya bildirilib ki, həmin gün BMM-də “Açıq qapı” elan edilib və konsertə giriş sərbəstdir.

Konsert proqramında mərkəzin solistləri, Əməkdar artistlər Səbuhi İbayev, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Ayşən Mehdiyeva, Vəfa Vəzirova və Günay İmamverdiyeva muğamlar və xalq mahnılarından ibarət rəngarəng proqramla tamaşaçıların görüşünə gələcək. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə solistlərdən ibarət ansambl müşayiət edəcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts