Beynəlxalq maliyyə qurumları Ukraynaya təmənnasız olaraq 1,7 milyard dollar ayırıb

Tokio, 10 iyul , /AJMEDIA/

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası və USAID tərəfindən yaradılmış Vahid Donor Etimad Fondu tərəfindən Ukraynaya 1,7 milyard dollar qrant ayrılıb. Müvafiq sazişin layihəsi hökumətin iclasında bəyənilib.
AJMEDIA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram hesabında məlumat verib.
“Maliyyə Ukraynanın dövlət büdcəsinə təmənnasız, geri qaytarılmadan cəlb olunacaq”, – deyə Şmıqal əlavə edib.
Şmıqal bildirib ki, vəsait tibbi zəmanət proqramı çərçivəsində tibbi xidmətlərin ödənilməsi üçün dövlət büdcəsinin xərclərinə yönəldiləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts