Berlin və Praqa rəsmi Brüsseli Rusiyadan neft-qaz tədarükündən imtina etməyə çağırıb

Tokio, 30 may , /AJMEDIA/

Berlin və Praqa Avropa İttıfaqını (Aİ) Rusiyadan qaz və neft tədarükündən mərhələli şəkildə imtina etməyin yollarını və üsullarını işləyib hazırlamaq üçün işçi qrupu yaratmağa çağırıblar.

AJMEDIA “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habekin və Çex Respublikasının ticarət naziri Cozef Sikelanın Belçikanın energetika naziri Tinna Van Der Stratenə ünvanladıqları məktubda deyilir.

Nazirlərin fikrincə, Avropa İttifaqı öz enerji suverenliyi və təhlükəsizliyi naminə “Qazprom”, “Rosneft” məhsullarının, eləcə də radioaktiv materialların satın alınmasını sistematik şəkildə azaltmağa davam etməlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts