Belçikanın RTBF nəşri Brüsseldə keçirilmiş üçtərəfli görüşü işıqlandırıb

Tokio, 9 aprel , /AJMEDIA/

Belçikanın nüfuzlu RTBF nəşri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüşü işıqlandırıb.

AJMEDIA xəbər verir ki, “Qarabağ münaqişəsi: Ermənistan və Azərbaycan sülh danışıqlarına başladılar”sərlövhəli məqalədə regionda fikir ayrılıqlarının nizamlanmasına dair iki ölkə arasında danışıqlar prosesinin gedişindən bəhs olunur. Nəşrdə qeyd edilir ki, bu görüşdə tərəflər aprel ayının sonuna qədər ikitərəfli komissiya yaradılması barədə razılığa gəliblər. Bildirilir ki, həmin komissiya sərhədlərin demarkasiyasına, habelə sərhəddə təhlükəsizlik və sabitlik məsələlərinə cavabdeh olacaq.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan öz ölkələrinin xarici işlər nazirlərinə zəruri hazırlıq işlərinə başlamaq barədə tapşırıq veriblər.

RTBF xatırladır ki, bu görüş Şarl Mişelin vasitəçiliyi ilə keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts