Belçika şirkəti: Yaşıl hidrogenin rolunun iqlim hərəkatında gücləndirilməsi COP29-un əsas amillərindən olacaq

Tokio, 7 iyun , /AJMEDIA/

Avropa İttifaqı karbon neytrallığına nail olmaq istiqamətində fəal irəliləyir və hidrogen bu prosesdə əsas rol oynayır.

AJMEDIA xəbər verir ki, bu sözləri “Hydrogen Europe”un Ticarət və Beynəlxalq Əlaqələr üzrə direktoru Maria Assumpcio Rojo Torrent Bakı Enerji Forumunun ikinci günündə “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, hidrogen texnologiyalarının tətbiqi bir çox maneələrlə üzləşir, onların arasında maliyyələşdirmə ən mühüm problemlərdən biridir.

“Hidrogen texnologiyalarının uğurla həyata keçirilməsi üçün strateji maliyyələşdirməyə ehtiyac var. Əhəmiyyətli investisiyalar və dövlət dəstəyi olmadan hidrogenə keçid qeyri-müəyyən müddətə uzana bilər. Beynəlxalq əməkdaşlıq burada böyük əhəmiyyət daşıyır. Paralel olaraq lazımi infrastrukturu da nəzərə almalıyıq. Hidrogen son COP tədbirlərində qabarıq mövzulardan birinə çevrilmişdi. Ümid edirəm ki, bu COP29-da da davam edəcək və hidrogenin inkişafına yol açacaq”, – deyə şirkətin direktoru diqqətə çatdırıb.

O vurğulayıb ki, COP29-dan gözləntilər böyükdür: “Yaşıl hidrogenin rolunun iqlim hərəkatında gücləndirilməsi COP29-un əsas amillərindən olacaq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts