Belarus iş adamları sənaye zonalarında investisiya mühitindən yararlanmağa dəvət edilib

Tokio, 17 yanvar , /AJMEDIA/

Belarus Respublikasının Azərbaycandakı səfiri Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən AJMEDIA-ya bildirilib ki, görüş çərçivəsində hər iki ölkənin sənaye zonaları və aqroparkları arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub, Belarus iş adamları sənaye zonalarındakı əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib.

Səfir Andrey Ravkov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Sonda nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin keramik plitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts