BDU-nun təşkilatçılığı ilə Özbəkistanda beynəlxalq konfrans keçirilir

Tokio, 16 may , /AJMEDIA/

Bakı Dövlət Universiteti (BDU), Özbəkistanın Andijan Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiyanın biomüxtəlifliyinin mühafizəsi: müasir problemlər, həllər və perspektivlər” mövzusunda I beynəlxalq konfrans keçirilir.
Bu barədə AJMEDIA-ya BDU-dan məlumat verilib.
Andijan Dövlət Universitetində keçirilən konfransda Türkiyə, Azərbaycan, Özbəkistan, Pakistan, Tacikistan, Qırğızıstan və Rusiyadan alimlər iştirak edirlər.
BDU-nu konfransda Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Biofizika və biokimya kafedrasının müdiri Rövşən Xəlilov, Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova təmsil edirlər.
Konfransın əsas məqsədi Avrasiyada bioloji müxtəlifliyə dair müasir tədqiqatları bölüşmək, problemləri müzakirə etməkdir.
Tədbirdə Avrasiyada bioloji müxtəlifliyin qorunmasına dair beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək məsələsi də müzakirə olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts