BDU-nun Astrofizika kafedrası Azərbaycana yaz fəslinin daxilolma vaxtını açıqlayıb

Tokio, 10 mart , /AJMEDIA/

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası yaz fəslinin Azərbaycana daxilolma vaxtını açıqlayıb. 2022-ci ildə Azərbaycana yaz fəsli martın 20-də, Bakı vaxtı ilə saat 19.33.23-də qədəm qoyacaq.

BDU-dan AJMEDIA-ya bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts