BDU-nun akademik heyəti və tələbələrinin nəzərinə

Tokio, 19 oktyabr , /AJMEDIA/

Rumıniyanın Alexandru İoan Cuza İasi Universiteti 2023-2024-cü tədris ili üçün “Erasmus” beynəlxalq müəllim-tələbə mübadilə proqramı çərçivəsində tələbələrin (bakalavr, magistrant, doktorant) və akademik heyətin müraciətlərini qəbul edir.

Bu barədə AJMEDIA-ya Bakı Dövlət Universitetindən məlumat verilib.

Akademik heyət üçün tələb olunan sənədlər: CV, motivasiya məktubu, elmi əsərlərin siyahısı, iş yerindən arayış.

Tələbələr üçün tələb olunan sənədlər: CV, motivasiya məktubu, akademik transkript.

İxtisaslar: fizika, kimya, biologiya

Bu il noyabrın 3-dək müraciət etmək olar.

Sənədlər kağız (BDU-nun Beynəlxalq əlaqələr şöbəsinə – əsas bina, 2-ci mərtəbə) və elektron formada ([email protected]) təqdim olunmalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts