Tokio, 26 avqust , /AJMEDIA/
Fəlsəfə doktoru proqramı üzrə Bakı Dövlət Universiteti (BDU), Odlar Yurdu Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Qərbi-Kaspi Universiteti, Bakı Avrasiya Universiteti və Bakı Biznes Universitetinin doktoranturasına qəbul olmaq üçün sənəd vermiş və xarici dil üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda keçid balını toplamış iddiaçılar üçün fəlsəfə fənnindən qəbul imtahanı sentyabrın 1-də və 2-də saat 10.00 və 14.00-da BDU-nun əsas binasında 437 və 439 saylı auditoriyalarda keçiriləcək.
Bu barədə AJMEDIA-ya BDU-dan məlumat verilib.
İmtahan barədə daha ətraflı məlumatı http://md.bsu.edu.az/az/announcement/77 veb-səhifəsindən əldə etmək olar.
İddiaçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.