BDU-da “Qədimdən bu günümüzə doğru: milli birlik və Novruz ənənələri” mövzusunda elmi seminar

Tokio, 15 mart , /AJMEDIA/

Bakı Dövlət Universitetinin (BDU) “SABAH” Mərkəzinin təşkilatçılığı ilə 27 Mart – Azərbaycan Respublikasında Elm Gününə həsr olunan tədbirlər çərçivəsində “Qədimdən bu günümüzə doğru: milli birlik və Novruz ənənələri” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AJMEDIA-ya BDU-dan məlumat verilib. Bildirilib ki, seminarda BDU-nun “SABAH” Mərkəzinin müəllimi, BMT Sivilizasiyalar Alyansı Təşkilatının üzvü, dosent Adil Rəcəblinin mövzu ilə bağlı məruzəsi dinlənilib.

A.Rəcəbli məruzəsində Novruzun tarixi kökləri, qaynaqları barədə danışıb, Novruza dair miflərdən nümunələr çəkib. O, Novruz bayramının beynəlxalq-siyasi mahiyyətinə görə Asiya, Avropa və Afrika qitələrində müxtəlif xalqları, etnik qrupları, siyasi quruluşları, ideologiyaları əhatə etdiyini, onların tarixində fenomenal mədəniyyət hadisəsi olduğunu qeyd edib.

Məruzəçi vurğulayıb ki, Novruz ənənələri Azərbaycanda milli birliyin formalaşması və möhkəmlənməsində böyük rol oynayır, xalqın maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts