Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

Tokio, 7 noyabr , /AJMEDIA/

Noyabrın 8–12-si qeyri-iş günlərində bankların filial və şöbələri, “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

AJMEDIA Mərkəzi Banka istinadla xəbər verir ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 118 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 73 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts