Bayden Yaponiyanın baş naziri ilə Xirosimada görüşəcək

Tokio, 15 may , /AJMEDIA/

ABŞ prezidenti Co Bayden cümə axşamı Yaponiyaya səfər etdikdən sonra baş nazir Fumio Kişida ilə ikitərəfli görüş keçirəcək.

AJMEDIA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan ABŞ prezidentinin iş cədvəlində göstərilib.

Həmin cədvəldə göstərilir ki, C.Bayden mayın 19-21-də Yeddilik Qrupunun (G7) sammitinin keçiriləcəyi Xirosimaya cümə axşamı gələcək. Həmin gün F.Kişida ilə görüş planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts