Bayden Netanyahu ilə HƏMAS-ın əlindəki girovların azad olunmasını müzakirə edib

Tokio, 15 noyabr , /AJMEDIA/

ABŞ Prezidenti Cozef Bayden və İsrailin Baş naziri Binyamin Netanyahu telefon danışığı zamanı HƏMAS hərəkatının Qəzza sektorunda saxladığı girovların azad edilməsi məsələsini müzakirə edib.

AJMEDIA xəbər verir ki, Ağ evin məlumatına görə, tərəflər, həmçinin Qəzza sektorunda yaranan vəziyyət barədə danışıblar.

Bu arada İsrail Müdafiə Nazirliyi CNN teleradio kompaniyasına bildirib ki, yəhudi hərbçilər Qəzza sektorunda ən böyük tibb mərkəzi olan “Əl-Şəfa” xəstəxanasını ələ keçiriblər. İsrail ordusunun iddiasına görə, xəstəxananın altında HƏMAS hərəkatının komanda məntəqəsi yerləşir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts