Başqırdıstan Azərbaycana 500 ton buğda göndərib

Tokio, 11 dekabr , /AJMEDIA/

Rusiyanın Başqırdıstan Respublikasından Azərbaycana 500 tona yaxın buğda göndərilib.

AJMEDIA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Başqırdıstan Respublikası üzrə İdarəsi məlumat yayıb.

Bildirilir ki, Başqırdıstan bu il ilk dəfə Azərbaycana ümumi həcmi 500 ton olan 7 partiya buğda ixrac edib. Məhsul Başqırdıstan laboratoriyasında yoxlamadan keçib və Azərbaycanın standart və tələblərinə tam uyğundur.

Məlumatda qeyd olunur ki, respublika Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Çin kimi ölkələrə də buğda ixrac edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts