Baş nazir yapon militarizminin rəmzi sayılan Yasukuni məbədinə ianə göndərib

Tokio, 21 aprel , /AJMEDIA/

Yaponiyanın yeni Baş naziri Fumio Kişida yapon militarizminin rəmzi hesab edilən Yasukuni məbədinə ianə göndərib.
AJMEDIA Yaponiyanın Kyodo agentliyinə istinadla xəbər verir ki, masakaki adlanan ianə məbədə yaz festivalının başlaması ilə əlaqədar göndərilib. Bununla yanaşı, Baş nazir F.Kişidanın məbədi şəxsən ziyarət edəcəyi gözlənilmir. Sonuncu dəfə sabiq baş nazir Şinzo Abe 2013-cü ildə məbədi şəxsən ziyarət etmişdi. Bu ziyarət bir sıra Asiya ölkələri tərəfindən kəskin tənqidlə qarşılanıb.
Qeyd edək ki, Yasukuni məbədində XIX əsrin ortalarından başlayaraq Yaponiya uğrunda döyüşlərdə həlak olan əsgərlərin siyahısı saxlanılır. Burada, həmçinin II Dünya müharibəsində Yaponiyanın məğlub edilməsindən sonra edam edilən hərbi cinayətkarların da adları var. Məhz buna görə də Yaponiya rəsmilərinin həmin məbədi ziyarət etməsi bu ölkənin işğalçı siyasətinə bəraət qazandırılması kimi qiymətləndirilərək Çin, Cənubi Koreya və digər Asiya ölkələri tərəfindən kəskin tənqid edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts