Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib

Tokio, 12 iyun , /AJMEDIA/

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə dövlət bayramı – Rusiya Günü münasibətilə təbrik məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, məktubda iki ölkənin xalqlarını birləşdirən çoxəsrlik dostluq bağlarının, mehriban qonşuluq və qarşılıqlı anlaşmanın, dərin mədəni və humanitar ənənələrin Azərbaycan-Rusiya qarşılıqlı faydalı əməkdaşlığının və strateji tərəfdaşlığının ardıcıl inkişafının sarsılmaz bünövrəsi olduğu qeyd olunub.

Vurğulanıb ki, iki ölkə arasında iqtisadi-ticari, investisiya, sənaye, nəqliyyat, mədəni-humanitar və bir çox digər sahələrdə genişspektrli konstruktiv ikitərəfli dialoq və səmərəli əməkdaşlıq xüsusi məmnunluq doğurur.

Ə.Əsədov əmin olduğunu bildirib ki, Azərbaycan ilə Rusiya arasında çoxplanlı əməkdaşlıq gələcəkdə də ardıcıl şəkildə inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın maraqları naminə möhkəmlənəcəkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts