Baş nazir Əli Əsədov İranın yeni təyin olunmuş Birinci vitse-prezidentini təbrik edib

Tokio, 29 iyul , /AJMEDIA/

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.

Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts