Baş nazir Əli Əsədov Düşənbəyə işgüzar səfərə gedib

Tokio, 04 iyun, /AJMEDIA/

İyunun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının Baş naziri Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gəlib.

Nazirlər Kabinetindən AJMEDIA-a bildiriblər ki, Düşənbə Beynəlxalq Hava Limanında Ə.Əsədovu Tacikistan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts