Baş nazir Əli Əsədov Yaponiyanın ölkəmizdəki səfirliyinə gedərək sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib

Tokio, 14 iyul , /AJMEDIA/

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Yaponiyanın ölkəmizdəki səfirliyinə gedərək görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Baş nazir Ə.Əsədov səfirlikdə açılan matəm kitabına Şinzo Abenin sui-qəsd nəticəsində ölməsi xəbərini sarsıntı və dərin kədər hissi ilə qarşılandığını yazıb.
Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şinzo Abenin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğu qeyd edilib. Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında onun böyük xidmətləri təqdir olunub.
Həmçinin mərhumun ailəsinə və yaxınlarına, dost Yaponiya xalqına dərin hüznlə başsağlığı verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts