Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb

Tokio, 29 may , /AJMEDIA/

Mayın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, məktubda Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının böyük inkişaf yolu keçdiyi və bunun təzahürü olaraq qardaş Türkiyə xalqının ölkənin hərtərəfli çiçəklənməsi yolunda öz liderinin genişmiqyaslı fəaliyyətini və xidmətlərini yüksək qiymətləndirdiyi, bu seçkilərdə də ona etimad göstərildiyi vurğulanıb.
Milli iradənin və demokratiyanın təntənəsi olan bu səsvermənin nəticələrinin Azərbaycanda da böyük sevinc və coşqu ilə qarşılandığı diqqətə çatdırılıb.
Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inama, etimada, dəstəyə əsaslanan və dövlətlərimizin başçılarının rəhbərliyi ilə bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatmış Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və hər iki ölkənin xalqlarının rifahına xidmət göstərəcəyinə əminlik ifadə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts