Baş nazir Əli Əsədovun Çolpon-Ata şəhərində Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşü olub

Tokio, 26 avqust , /AJMEDIA/

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində avqustun 25-də Çolpon-Ata şəhərində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Hökumət başçıları ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts