Tokio, 7 avqust, /AJMEDIA/
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Gülşən Əkbərova “Aspire Leaders” proqramına qəbul alıb.
BANM-dən AJMEDIA-ya bildirilib ki, proqram Harvard Biznes Məktəbi tərəfindən təsis edilib. Burada Harvard Universiteti tərəfindən keçirilən dərs, mentorluq və professorlarla qarşılıqlı əlaqə imkanları iştirakçılar üçün əlçatan olacaq.
Dünyanın 150-dən çox ölkəsindən olan gənclər öz mədəniyyətlərini təmsil etmək, ölkələrini tanıtmaq, eləcə də əlaqə və təhsil imkanlarını genişləndirmək fürsəti əldə edəcəklər.