Tokio, 15 aprel , /AJMEDIA/
Bakı Ali Neft Məktəbinin (BANM) 40 tələbə və məzunu SOCAR-ın “Gənc İstedadlar Proqramı” və “Çalışan Tələbə Proqramı”na seçilib.
BANM-dən bildirilib ki, proqram iştirakçıları ilə keçirilən görüşdə rektor Elmar Qasımov onlara uğurlar arzulayaraq SOCAR rəhbərliyinin yaratdığı bu imkandan faydalanmağı, müəssisələrdə Bakı Ali Neft Məktəbini uğurla təmsil etməyi, aktiv, öyrənməyə meyilli olmağı tövsiyə edib.
Görüşdə çıxış edən SOCAR-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Sadiq Sadıqov bildirib ki, BANM tələbə və məzunlarının proqramda iştirak etməyi və karyeralarına SOCAR-da başlamağı sevindirici haldır.
SOCAR-ın İnsan resursları şöbəsinin müdir müavini Həmid İsrafilov və insan resursları üzrə aparıcı mütəxəssis Aygün Qəniyeva iştirakçıların proqramın üstünlüklərindən yararlanacaqlarına əminliklərini bildiriblər.