Bakıdan Kişinyova hər gün uçuşlar həyata keçiriləcək

Tokio, 07 aprel, /AJMEDIA/

May ayının ortalarından Azərbaycanın milli aviadaşıyıcısı – AZAL Moldovanın paytaxtı Kişinyov şəhərinə uçuşların sayını artırır.

Bu barədə AJMEDIA-ya Kişinyov Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata görə, mayın 12-dən Bakı-Kişinyov-Bakı istiqamətinə uçuşlar həftənin bütün günü yerinə yetiriləcək. Artıq qeyd olunan tarixdən gündəlik bilet satışı həyata keçiriləcək.

Qeyd edək ki, hazırda AZAL Bakı-Kişinyov-Bakı istiqamətinə uçuşları həftədə 5 dəfə – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri yerinə yetirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts