Bakıdakı Rus evində poetik battl keçirilib

Tokio, 21 dekabr , /AJMEDIA/

Bakıdakı Rus evində poetik battl formatında ədəbi gecə keçirilib. Tədbirdə 24 nəfər iştirak edib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AJMEDIA-ya bildirilib ki, battl iki nominasiyada keçirilib. Tədbirdə öz əsərləri ilə çıxış edən şairlər və Aleksandr Puşkin, Səməd Vurğun, Mixail Lermontov və Məhəmməd Füzulinin şeirlərini oxuyan qiraətçilər iştirak ediblər.

Münsiflər heyətinin tərkibinə şair və bard, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələddin Yaqubov; prodüser, musiqiçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zəhra Bədəlbəyli; pedaqoq, bəstəkar, vokalçı Qasım Xəlilov; ötən poetik battlın qalibi olmuş rejissor, ssenarist, dramaturq Lalə Əliyeva-Klıçkova daxil olublar.

Gecənin aparıcısı qismində poeziya klubunun sədri Lalə Həsənova çıxış edib.

Battlın qalibləri olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) müəllimi Mariya Petriyenko və tələbə Yelena Qafarovaya diplom və xatirə hədiyyələri təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts