Bakıdakı Rus evində “Bir ömür uzunluğunda səyahət” adlı bədii sərgi açılacaq

Tokio, 7 iyun , /AJMEDIA/

İyunun 13-də axşam Bakıdakı Rus Evində “Bir ömür uzunluğunda səyahət” adlı bədii sərgi açılacaq. Sərgidə istedadlı rəssam Kristina Sultanovanın rəsm əsərləri nümayiş olunacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Kristina Sultanova Sankt-Peterburq şəhəri bədii rəssamlıq məktəbinin “Rəssamlıq magistraturası” kursunun məzunudur. O, “yağlı boya” texnikası üzrə holland natürmortlarının yaradılması, eləcə də “İtalyan rəssamlıq texnikası” və “Flamand rəssamlıq texnikası” kurslarını bitirib. Rəssamın əsərləri beynəlxalq sərgilərdə nümayiş olunub. O, həmçinin Böyük Britaniyada keçirilmiş “Golden Time Talant” müsabiqəsinin “Peyzaj” janrının qalibidir.
Bakıda keçiriləcək sərgidə Kristina Sultanovanın müxtəlif janrlarda çəkilən 26 rəsm əsəri təqdim olunacaq. Açılışda qonaqlara maraqlı musiqi proqramı təqdim ediləcək, Renata Əbubəkirova, Arif Aslanov, Nərgiz Manaflı və Azərbaycanın Əməkdar artisti Yuliya Motorinadan ibarət simli kvartetin ifasında populyar əsərlər ifa olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts