Tokio, 28 oktyabr , /AJMEDIA/
Noyabrın 1-də Bakıdakı Rus evində İlqar Əkbərovun fərdi sərgisi açılacaq.
AJMEDIA Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinə (RİMM) istinadla xəbər verir ki, sərgidə rəssamın müxtəlif illərdə çəkdiyi rəsmlər nümayiş olunacaq.
Qeyd edək ki, İlqar Əkbərov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, uzun müddət C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rəssamı vəzifəsində çalışıb. Mühüm dövlət tədbirlərinin, həmçinin Əziz Əliyev, Polad Bülbüloğlu, Əhməd Cavad, Üzeyir Hacıbəyli, Müslüm Maqomayevin əsərlərinin bədii tərtibatını həyata keçirib.
İlqar Əkbərov bir çox mükafatların sahibidir. Əsərləri Naxçıvan, Adana, Ankara, Moskva, Pekin, Paris, Brüssel, İstanbul, Daşkənd, Aşqabad, İzmir və digər şəhərlərdəki muzeylərdə, qalereyalarda, sərgi salonlarında və şəxsi kolleksiyalarda saxlanılır.
Tədbir saat 19:00-da başlayır, giriş sərbəstdir