Tokio, 29 iyun , /AJMEDIA/
İyunun 29-da saat 17:00-da Bakıdakı Rus evində Anastasiya Boboviçin yaradıcılıq gecəsi keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, Anastasiya Boboviç Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb, beynəlxalq müsabiqə və festivalların laureatıdır. 2020-ci ildən bəri Türkiyədə pedaqoji fəaliyyətlə məşğuldur.
Tədbirin konsertmeysteri İlahə Sadıxzadədir.