Tokio, 14 oktyabr , /AJMEDIA/
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin həmsədrliyi ilə “Gülüstan” sarayında “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfrans keçirilib.
AJMEDIA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə fəaliyyətinə həsr edilən konfransda son iyirmi ildə ölkəmizin qazandığı nailiyyətlər və tarixi qələbələrə dair məruzələr dinlənilib.
Konfransda Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov, xarici işlər naziri Ceyhun Bayramov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və elm və təhsil naziri Emin Əmrullayev çıxış ediblər.
Sonda “Son 20 ilin iqtisadi uğurları” sənədli filmi nümayiş olunub.