Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

Tokio, 6 noyabr , /AJMEDIA/

Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən AJMEDIA-ya bildirilib ki, noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 7-12 metr/saniyə, gündüz cənub-şərq küləyi 8-13 metr/saniyə təşkil edəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 17-22° isti olacaq.

Noyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 8-13 metr/saniyə, səhər 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 14-17°, gündüz 18-23° isti olacaq.

Noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 30 metr/saniyəyədək güclənəcək, axşam şimal-şərq küləyi 7-12 metr/saniyə təşkil edəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 16-18° isti olacaq.

Noyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi 7-12 metr/saniyə, gündüz arabir 15-20 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 12-15°, gündüz 17-20° isti olacaq.

Noyabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi 8-13 metr/saniyə, arabir 15-18 metr/saniyə təşkil edəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 17-21° isti olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts