Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir

Tokio, 16 noyabr , /AJMEDIA/

Azərbaycanda noyabrın 17-də gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Gün ərzində əsən güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 9-12°, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 12-16° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, bəzi yerlərdə 14-16° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 14-18° isti olacağı ehtimal edilir.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 12-17° isti, dağlarda gecə 0-4°, gündüz 4-7° isti olacağı ehtimalı var.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-11°, gündüz 14-19° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarının bəzi yerlərində gün ərazində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 15-19° isti, dağlarda gecə və gündüz 5-9° isti olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts