Bakıda Türkiyənin məşhur sənətçisinin ifasında monotamaşa nümayiş olunacaq

Tokio, 29 iyul , /AJMEDIA/

Sentyabrın 8-9-da Gənc Tamaşaçılar Teatrının səhnəsində Murat Mahmutyazıoğlunun əsəri əsasında səhnələşdirilən və Türkiyənin məşhur aktrisası Zerrin Tekindorun ifa etdiyi “Toz” monotamaşası nümayiş olunacaq.
AJMEDIA xəbər verir ki, rejissoru Hira Tekindor olan səhnə əsəri İstanbul, Ankara, İzmir və Londonda 226 dəfə oynanılıb.
Tamaşada böyük bir şəhərin küçələrində böyüyən, evdar ana və sərt hüquqşünas atanın yeganə qızı olan Handanın hekayəsindən bəhs edilir. Valideynləri ilə birlikdə yaşadığı ev kimi narahat, eyni zamanda çətin bir dövrdə özünə yol tapan gənc qadının yaşantıları səhnə əsərinin əsas paradiqmasını təşkil edir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts