Bakıda tikilən velosiped yolunun 1,6 kilometri artıq yekunlaşıb

Tokio, 16 mart , /AJMEDIA/

Şəhər mərkəzində velosiped yollarının tikintisi davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən AJMEDIA-ya bildirilib ki, təşkil edilən velosiped yollarına iki komponentli boyaların vurulmasına artıq başlanılıb. Şəhərin mərkəzi hissəsini əhatə edən 7,5 kilometr uzunluqda velosiped yolunun 1,6 kilometri yekunlaşıb.

Bakı şəhərinin Baş Planına əsasən velosiped yolu şəbəkəsinin uzunluğu 2027-ci ilədək 63,5 kilometr, 2040-cı ilədək 251,2 kilometr təşkil edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts