Tokio, 25 yanvar, /AJMEDIA/
Yanvarı 25-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfrans keçirilir.
AJMEDIA xəbər verir ki, YAP və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət və hökumət nümayəndələri iştirak edirlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.