Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirilib

Tokio, 7 dekabr, /AJMEDIA/

Dekabrın 7-də Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib.

AJMEDIA xəbər verir ki, konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, konfransın mövzusu olduqca aktualdır. O qeyd edib ki, ölkələrimizin siyasi həyatında parlamentlərin oynadığı rol danılmazdır. Belə ki, onlar qanunvericilik hakimiyyəti funksiyasını yerinə yetirməklə, dövlətin idarə olunmasında fəal iştirak edirlər.

Parlamentin sədri bu konfrans çərçivəsində aparılacaq müzakirələrin faydalı olacağına inamını ifadə edib. Azərbaycanda mövcud olan parlamentarizm ənənələrindən danışan Sahibə Qafarova 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan parlamentinin ilk iclası 106 il əvvəl məhz dekabrın 7-də keçirilib.

Qeyd edilib ki, müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan Parlamenti öz fəaliyyəti dövründə milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə hüquqi bazasının yaradılması istiqamətində mühüm addımlar atmışdı. Həmin parlament cəmi on yeddi ay fəaliyyət göstərsə də, həmin dövr ərzində 145 iclas keçirib, 270-dən çox qanun layihəsini müzakirəyə çıxarıb, 230-a yaxın qanun qəbul edib.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsinin parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldığını deyən S.Qafarova Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışının ölkəmizdə sabitliyin qorunub saxlanması və inkişaf etdirilməsi, eyni zamanda, yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət daşıdığını bildirib. Diqqətə çatdırılıb ki, bu gün Milli Məclis Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.

S.Qafarova, həmçinin ölkəmizə qarşı böhtan və dezinformasiya kampaniyaları aparıldığını, təxribatlar həyata keçirildiyini, lakin onların nəticəsiz qaldığını vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts