Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında 7 ölkənin yığması debüt edəcək

Tokio, 16 aprel, /AJMEDIA/

Bu il Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatında bəzi ölkələrin yığması debüt edəcək.

AJMEDIA Dünya Minifutbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 32 milli komandadan 7-si mundialda ilk dəfə mübarizə aparacaq. Bunlar Çad, İsrail, Türkiyə, Polşa, Sloveniya, Özbəkistan və Mavritaniya komandalarıdır.

Mavritaniya ilə Sloveniya yığmaları Azərbaycan millisinin yer aldığı A qrupunda qərarlaşıb.

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında təşkil olunacaq. Turnirin son qalibi Rumıniya komandasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts