Tokio, 22 avqust, /AJMEDIA
Bakıda kamandan oxatma üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.
Azərbaycan Kamandan Oxatma Federasiyasından AJMEDIA-ya bildiriblər ki, yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq titulu uğrunda mübarizəyə qoşulacaq.
Kişi və qadın idmançılar 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə) olmaqla üç kateqoriya üzrə bacarıqlarını göstərəcəklər.
Turnirin proqramına əsasən, avqustun 23-də məşq sessiyaları ilə başlayan çempionat ayın 24-də açılış mərasimi və sıralama atışları ilə davam edəcək. Nəhayət, oxatanların 1/4 final mərhələsindən finala qədər davam edəcək mübarizəsinə avqustun 25-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.
Üç gün davam edəcək yarışlar saat 10:00-da Dənizkənarı Milli Park ərazisində baş tutacaq.
Bu çempionat yalnız ölkənin ən yaxşı oxçularını müəyyən etməklə yanaşı, həm də qədim ənənələri özündə yaşadan oxatma sənətinin inkişafı və qorunmasına töhfə verəcək.