Bakıda “İkiillik Şəffaflıq Hesabatının hazırlanması üzrə etimad quruculuğu və bacarıqların artırılması” adlı təlim-seminar keçirilir

Tokio, 13 may , /AJMEDIA/

Azərbaycanın COP29-a sədrliyi çərçivəsində mayın 13-dən 14-dək Bakıda “İkiillik Şəffaflıq Hesabatının (BTR) hazırlanması üzrə etimad quruculuğu və bacarıqların artırılması” adlı təlim-seminar keçirilir.

AJMEDIA xəbər verir ki, BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyi və BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə baş tutan təlim seminarında 50-dən çox ölkənin və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Azərbaycanın COP29-a sədrliyinin məqsədləri və prioritetləri ilə bağlı məlumat verib, iqlim problemlərinin həlli üçün qlobal miqyasda əməkdaşlığın və dialoqun vacibliyini qeyd ediblər. Çıxışlarda BTR-lərın təqdim edilməsinin iqlim sahəsində həyata keçirilən tədbirlərə töhfəsinə diqqət çəkilib və tərəf dövlətlər arasında etimad quruculuğunun inkişafı və bacarıqların artırılmasının təmini məqsədilə COP29 sədri kimi Azərbaycan tərəfindən silsilə tədbirlərin keçiriləcəyi bildirilib. Tədbirin təşkili istiqamətində verdikləri dəstəyə görə UNFCCC Katibliyinə və UNDP-yə təşəkkür edilib.

Tədbirdə çıxış edən UNFCCC Katibliyinin Şəffaflıq bölməsinin rəhbəri Donald Kuper və UNDP-nin regional mərkəzinin səlahiyyətli nümayəndəsi Nuri Özbagdatlı Azərbaycan tərəfindən COP29 sədri qismində tərəf dövlətlərə verilmiş dəstək və həyata keçirilən tədbirlərlə bağlı təşəkkürünü və dəstəyini ifadə ediblər. Ölkəmizin COP29 sədri olaraq BTR-lərın hazırlanması və vaxtında təqdim edilməsi prosesinə verdiyi dəstək yüksək qiymətləndirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts