Bakıda “Ənənəvi yapon qılınc döyüşü performansı” tədbiri keçirilib

Tokio, 24 fevral , /AJMEDIA/

Fevralın 23-də Beynəlxalq Muğam Mərkəzində Yaponiya səfirliyinin təşkilatçılığı ilə Yaponiyanın “TATE HATORYU” qrupunun “Ənənəvi yapon qılınc döyüşü performansı” adlı tədbiri keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən “Ənənəvi yapon qılınc döyüş sənəti üzrə səhnə performansı”nın təqdimatında “TATE-Hatoryu” qrupunun rəhbəri Kyo Kasumi qrup haqqında məlumat verərək qeyd edib: “Tate-ənənəvi yapon qılınc döyüş sənətinin səhnələşdirilmiş incəsənət forması olub, özündə qədim samuray döyüş sənəti, rəqs və Kabuki elementlərini birləşdirən unikal xüsusiyyətlərə malikdir. Burada döyüş filmləri, eyni zamanda səhnə performansları zamanı nümayiş olunan realistik və dinamik səhnələr canlandırılır. Hazırda Nyu-Yorkda fəaliyyət göstərən qrup indiyədək Nyu-York daxil olmaqla, ABŞ-ın müxtəlif ştatları və Yaponiyada çoxsaylı səhnə performansları ilə çıxış edərək, aktiv şəkildə tate incəsənət növünü təbliğ ediblər. Eyni zamanda, keçən il ilk dəfə Azərbaycanda da uğurlu konsertləri keçirilib və tamaşaçı rəğbəti ilə qarşılanıb. Qrup gündəlik fəaliyyəti zamanı bir çox hadisə və döyüş filmləri üçün döyüş səhnələrinin çəkilişində dəstək göstərir. Bu dəfə də qrup qonaqlar üçün xüsusi qılınc döyüş səhnələri hazırlayaraq, samuray döyüş növü ilə musiqinin müşayiətində səlis qılınc hərəkətləri ilə çıxışlar nümayiş etdirib”.

Tədbir zamanı “Tate Hatoryu” qrupunun ifaçıları qonaqlarla interaktiv şəkildə əlaqə quraraq incəsənət növünün, döyüş rekzivitlərinin izahatını verib. Onlar Yaponiyanın fon musiqiləri ilə tamaşaçılarla bu incəsənət növünü yaxından tanıdıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts