Bakıda bir neçə avtobusun hərəkəti müvəqqəti dəyişdiriləcək

Tokio, 9 oktyabr , /AJMEDIA/

Oktyabrın 9-da R.Cəfərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 13 sayda müntəzəm marşrutun (7A, 7B, 9, 61, 67, 79, 83, 92, 119, 165, 199, 205 və 211 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Bakı Nəqliyyat Agentliyindən AJMEDIA-ya bildirilib ki, bununla yanaşı oktyabrın 10-da Ə.Rəcəbli küçəsinin C.Xəndan küçəsi ilə kəsişməsindən “AMOR” şadlıq sarayınadək olan hissədə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 2 müntəzəm marşrutun (2 və 33 nömrəli) hərəkəti alternativ küçələrlə ( C.Xəndan, Ş.Məmmədova, S.S.Axundov küçələri) təşkil ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts