Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Tokio, 3 may , /AJMEDIA/

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open – 2024” beynəlxalq şahmat festivalı təşkil ediləcək.

AŞF-nin mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların son siyahısı iyunun 15-dək müəyyən ediləcək.

Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdir.

Qeyd edək ki, iyunun 29-da start götürəcək “Baku Open – 2024” beynəlxalq şahmat festivalı iyulun 7-də yekunlaşacaq.

Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts