Bakıda AFFA-nın hesabat konfransı başlayıb

Tokio, 2 fevral, /AJMEDIA/

Bakıda AFFA-nın hesabat konfransı başlayıb.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edəcək.

Konfransda qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov, maliyyə və mühasibatlıq departamentinin rəisi Xalid Cavadov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, müstəqil auditor Elnur Kazımov, “Avro-2020″nin irsi” mövzusunda Kamran Vəliyev, “Futbolun İnkişafı Fondu” ilə bağlı təqdimatla Tural Piriyev, VAR sistemi ilə bağlı Fritz Stuçlik, UEFA-nın nümayəndəsi Jozef Kliment və FIFA-nın əməkdaşı Nodar Axalkatsinin çıxışı nəzərdə tutulub.

Sonda könüllülərə sertifikatlar təqdim olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts